SİP fəaliyyət planı üzrə təsdiqedici sənədlər bazası (2023)

SİP fəaliyyət planı üzrə təsdiqedici sənədlər bazası (2023)

1. Tələbə yönümlü təhsil yanaşması mexanizmasının bütün kafedralarda mənimsənilməsi üçün mütəmadi təlimlər təşkil etmək.
2. Təhsildəki yeni trendlərin akademik heyətə çatdırılması üçün beş il boyunca davamlı təlimlər təşkil etmək və heyətin xarici tərəfdaş universitetlərdə mobilliyini təmin etmək.
3. Tədris prosesini ESG standartlarının tələblərinə uyğunlaşdırılmasını təmin etmək.
4. Tədris standartları və proqramları əmək bazarının tələblərinə uyğunlaşdırmaq
5. Təcrübələrin təşkilinin təkmilləşdirilməsi və tələbələrin xaricdə təcrübə keçmək imkanlarını artırmaq
6. Tələbə könüllülük fəaliyyətlərini təkmilləşdirmək və tələbələri bu fəaliyyətlərə cəlb etmək
7. Hər il tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə əcnəbi professor/müəllim heyətini cəlb etmək. Universitetdə yeni tədris və tədqiqat metodlarının tələbə və müəllim heyətinə çatdırmaq
8. İELTS və SAT kimi beynəlxalq imtahanların təşkilini və tələbələrin iştirakını təmin etmək
9. Mentorluq təlimlərinin sayını artırmaq və mentor fəaliyyətlərini dəstəkləmək
10. Əcnəbi tələbələrin qəbul prosedurlarını və tələbəyə dəstək xidmətlərini təkmilləşdirmək
11. Hər il yerli və əcnəbi tələbə qəbul sayını artırmaq
12. Tədqiqatla məşğul olan akademik heyətin ehtiyaclarına uyğun davamlı, peşəkar təlimlər keçmək
13. Scopus və Web of Science indeksli jurnallarda elmi məqalələrin dərc olunmasını təşviq etmək, tədqiqatçıların qlobal elmi məkana inteqrasiyanı sürətləndirmək
14. Dünyanın qabaqcıl universitetlərinin nümayəndələrini dəvət etməklə beynəlxalq səviyyəli elmi tədbirlər (konfrans, konqres, simpozium, forum) təşkil etmək
15. Tələbə və müəllim heyətinin start-up və spin-off layihələr hazırlamasını təmin etmək
16. Layihələrin sənayeyə təqdimi və kommersiyalaşdırlıması üçün festival və yarışmalar kimi fərqli platformalar qurmaq və bu platformalara çıxışı təmin etmək
17. Universitetdə daxildə beynəlmiləlləşmə fəaliyyətlərini həyata keçirmək və bütün fakültələrin beynəlxalq təcrübəni mənimsəməsinə nail olmaq
18. Mövcud əlaqələrin effektivliyini artırmaq və yeni əlaqələrin qurulmasını təmin etmək
19. Spesifik sahələr müəyyən etməklə xarici tərəfdaşlarla əməkdaşlığın effektivliyini artırmaq
20. Tələbə və müəllim heyətinin beynəlxalq online təlimlərdə iştirakını təmin etmək və bacarıqlarının inkişafına nail olmaq
21. Tələbələrin beynəlxalq təhsil təcrübəsi əldə etməsi üçün müxtəlif ölkələrdən olan təhsil müəssisələri ilə tərəfdaşlıq edərək təcrübə proqramları təşkil etmək
22. Müxtəlif ölkələrlə bakalavr və magistr ixtisasları üzrə ikili diplom proqramları təşkil edərək tələbələrin dünya səviyyəsində tanınan diplomlar almasına kömək etmək
23. QS, THE və digər nifuzlu reytinq şirkətlərində universitetin yer tutması üçün zəruri fəaliyyətlərin icrasını təmin etmək
24. Universitetin keyfiyyət təminatına yönəlmiş siyasət və prosedurların formalaşdırılmasına, təhlillərin aparılmasına və icrasına, eləcə də, keyfiyyət mədəniyyətinin təmin olunmasına nail olmaq
25. Keyfiyyət təminatı siyasətini müəyyənləşdirmək
26. Tədris və tədqiqat prosesinin gedişatına nəzarət etmək və təhlillər aparmaq
27. Akademik və inzibati struktur bölmələrinin öz strateji fəaliyyət planlarını hazırlamalarını təmin etmək və icrasını dəstəkləmək
28. Tədris prosesinin təşkili, tədqiqat və innovasiya mühiti ilə bağlı universitetin bütün maraqlı tərəfləri arasında məmnuniyyət sorğuları keçirmək, nəticələrini analiz etmək və tədbirlər paketi hazırlayırlayaraq icrasına nəzarət etmək
29. Monitorinq aparmaq və monitorinq nəticəsində hazırlanmış analitik təhlil hesabatlarını dərc etmək
30. Xarici keyfiyyət təminatı prosedurlarını müəyyən etmək və müxtəlif formatlarda xarici keyfiyyət təminatı prosedurlarında universitetin iştirakının təmin etmək
31. İdarəetmə strukturunun daha da effektiv işləməsi üçün strateji planlamanı tətbiq etmək və əsas prioritetləri müəyyənləşdirmək
32. Səmərəli informasiya mübadiləsini təmin etmək
33. Elektron təhsil platformaları ilə təhsil prosesini idarə etmək
34. İnformasiya təhlükəsizliyini təmin etmək
35. Universitetin infrastrukturunu, laboratoriya, təhsil təminatı və təhsil texnologiyalarını təkmilləşdirmək
36. Tələbələrin sosial mühiti üçün layihələr hazırlayaraq daha keyfiyyətli təhsil mühitini formalaşdırmaq
37. Universitet tələbələrinin davamlı inkişafına, nəticəyönümlüyünə hədəflənmiş sosial layihələrin geniş spektrdə reallaşdırılması
38. Maliyyə daxilolmalarının şaxələndirməsi və çeşidliliyinin artırılmasına nail olmaq
39. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada müxtəlif əlavə xidmətlər göstərməklə maliyyə axınına nail olmaq