Rektora müraciət

SİP fəaliyyət planı üzrə təsdiqedici sənədlər bazası (2024)

1. Tələbə yönümlü təhsil yanaşması mexanizmasının bütün kafedralarda mənimsənilməsi üçün mütəmadi təlimlər təşkil etmək
2. Təhsildəki yeni trendlərin akademik heyətə çatdırılması üçün beş il boyunca davamlı təlimlər təşkil etmək və heyətin xarici tərəfdaş universitetlərdə mobilliyini təmin etmək
3. Tədris prosesini ESG standartlarının tələblərinə uyğunlaşdırılmasını təmin etmək
4. Tədris standartları və proqramları əmək bazarının tələblərinə uyğunlaşdırmaq
5. Təcrübələrin təşkilinin təkmilləşdirilməsi və tələbələrin xaricdə təcrübə keçmək imkanlarını artırmaq
6. Kredit sisteminin tələblərinə uyğun olaraq müəllimlərin tələbələr tərəfindən seçilmə imkanının təmin edilməsi
7. Tələbə könüllülük fəaliyyətlərini təkmilləşdirmək və tələbələri bu fəaliyyətlərə cəlb etmək
8. Hər il tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə əcnəbi professor/müəllim heyətini cəlb etmək. Universitetdə yeni tədris və tədqiqat metodlarının tələbə və müəllim heyətinə çatdırmaq
9. Naxçıvan Dövlət Universiteti nəzdində Proqram Mühəndisliyi İnstitutunu yaratmaq və təlim/tədqiqat fəaliyyətlərini icra etmək
10. İngilisdilli təhsili genişləndirmək və ingilis dilində tədris olunan proqramların keyfiyyətini artırmaq
11. İELTS və SAT kimi beynəlxalq imtahanların təşkilini və tələbələrin iştirakını təmin etmək
12. Mentorluq təlimlərinin sayını artırmaq və mentor fəaliyyətlərini dəstəkləmək
13. Tələbələrin intellektual və yaradıcılıq potensialının inkişafı və ixtisaslar üzrə kompetensiyalara tam yiyələnməsi üçün SABAH qrupları açmaq
14. Tədris və tədqiqat prosesinə töhfə verməsi üçün dəvət edilmiş əcnəbi professorların rəhbərliyində universitetin magistr və doktorantlarının iştirakı ilə kiçik tədqiqat qrupları yaradaraq elmi tədqiqatlar həyata keçirmək
15. Ölkə daxilində və xaricdə təşkil edilən təhsil sərgilərində iştirak edərək universitetin təbliğatı işini həyata keçirmək.
16. Əcnəbi tələbələrin qəbul prosedurlarını və tələbəyə dəstək xidmətlərini təkmilləşdirmək
17. Hər il yerli və əcnəbi tələbə qəbul sayını artırmaq.
18. Universitetdə İBM Təlim Mərkəzinin yaradılması. Müəllim/tələbə heyətinin İBM tərəfindən təşkil edilən təlimlərdə iştirakını təmin etmək
19. Keyfiyyətli tədqiqat parametrlərini müəyyənləşdirən təlimatlar hazırlamaq, təşviqat mexanizmlərini təkmilləşdirmək və təlimlər təşkil etmək.
20. Elmi fəaliyyətin təşkili və idarə olunmasını mərkəzləşdirmək və səmərəliliyin artırılması məqsədilə strukturlararası əlaqələri təkmilləşdirmək.
21. Tədqiqatdan yaranan biliyin, nəticənin qeydiyyatı və idarə edilməsi haqqında təlimat hazırlamaq, bütün departamentlərin bu təlimatlarla tanış olmasını təmin etmək
22. Tədqiqatla məşğul olan akademik heyətin ehtiyaclarına uyğun davamlı, peşəkar təlimlər təşkil etmək
23. Tədqiqatçıların beynəlxalq elmi jurnallara əlçatanlığının təmin edilməsi üçün beynəlxalq elektron resurslara çıxış imkanlarını genişləndirimək.
24. Scopus və Web of Science indeksli jurnallarda elmi məqalələrin dərc olunmasını təşviq etmək, tədqiqatçıların qlobal elmi məkana inteqrasiyanı sürətləndirmək.
25. Elmi tədqiqat laboratoriyalarının işini təkmilləşdirmək, kadr potensialını və maddi-texniki bazanı gücləndirmək
26. Yerli və beynəlxalq birgə tədqiqat layihələrində iştirakı dəstəkləmək
27. Təcrübi tədqiqatların aparılması və alınmış nəticələrin tədris prosesində tətbiq edilməsinə dair tövsiyyələr hazırlamaq
28. Elmi jurnalların internet səhifəsini təkmilləşdirmək. Dərc olunan məqalələrin hər birinə rəqəmsal identifikatorun (DOI) alınmasını təmin etmək
29. Jurnalların fəaliyyətinin müvafiq nüfuzlu beynəlxalq bazaların tələbləri əsasında qurmaq və elmi jurnalların indeksləşməsi sahəsində işlər aparmaq.
30. Dünyanın qabaqcıl universitetlərinin nümayəndələrini dəvət etməklə beynəlxalq səviyyəli elmi tədbirlər (konfrans, konqres, simpozium, forum) təşkil etmək.
31. Universitetin prioritet seçdiyi ixtisas sahələri üçün müvafiq müəssisə və şirkətlərlə çoxşaxəli əməkdaşlıqlar qurmaq və bu əməkdaşlıqları inkişaf etdirmək
32. Universitet-Sənaye əlaqələrinin icrası mexanizmini və fəaliyyət planını hazırlamaq.
33. Tələbə və müəllim heyətinin start-up və spin-off layihələr hazırlamasını təmin etmək
34. Layihələrin sənayeyə təqdimi və kommersiyalaşdırlıması üçün festival və yarışmalar kimi fərqli platformalar qurmaq və bu platformalara çıxışı təmin etmək
35. Tərəfdaş sənaye müəssissələrində tələbə və müəllim heyəti üçün müxtəlif təcrübə və mentorluq proqramları vasitəsilə əlaqələri genişləndirmək
36. Universitetin müxtəlif fakültələrində tədris proqramları və ixtisasların beynəlxalq standartlara uyğunlaşdırılmasını təmin etmək
37. Universitetdə daxildə beynəlmiləlləşmə fəaliyyətlərini həyata keçirmək və bütün fakültələrin beynəlxalq təcrübəni mənimsəməsinə nail olmaq
38. Kreditlərin tanınması mexanizmini hazırlamaqla xaricdə mübadilə və təcrübələrdə iştirak prosedurlarını təkmilləşdirmək
39. Mövcud əlaqələrin effektivliyini artırmaq və yeni əlaqələrin qurulmasını təmin etmək
40. Müxtəlif beynəlxalq proqramlar və ikili razılaşmalar əsasında tələbə və müəllim heyətinin mobilliyini təmin etmək
41. Beynəlxalq qrant proqramlarına layihələr təqdim etmək və universitetin beynəlxalq qrant layihələrdə tərəfdaş olaraq iştirakını təmin etmək
42. Spesifik sahələr müəyyən etməklə xarici tərəfdaşlarla əməkdaşlığın effektivliyini artırmaq
43. Tələbə və müəllim heyətinin beynəlxalq online təlimlərdə iştirakını təmin etmək və bacarıqlarının inkişafına nail olmaq
44. İBM korporasiyası ilə yaranmış əlaqələri inkişaf etdirərək Naxçıvan Dövlət Universiteti nəzdində Proqramlaşdırma Mühəndisliyi İnstitutu yaratmaq
45. Beynəlxalq tədqiqat layihələrinin hazırlanmasını və heyətin iştirakını təmin etmək
46. Tələbələrin beynəlxalq təhsil təcrübəsi əldə etməsi üçün müxtəlif ölkələrdən olan təhsil müəssisələri ilə tərəfdaşlıq edərək təcrübə proqramları təşkil etmək
47. Müxtəlif ölkələrlə bakalavr və magistr ixtisasları üzrə ikili diplom proqramları təşkil edərək tələbələrin dünya səviyyəsində tanınan diplomlar almasına kömək etmək
48. QS, THE və digər nifuzlu reytinq şirkətlərində universitetin yer tutması üçün zəruri fəaliyyətlərin icrasını təmin etmək
49. Universitetin keyfiyyət təminatına yönəlmiş siyasət və prosedurların formalaşdırılmasına, təhlillərin aparılmasına və icrasına, eləcə də, keyfiyyət mədəniyyətinin təmin olunmasına nail olmaq
50. Keyfiyyət təminatı siyasətini müəyyənləşdirmək. Tədris və tədqiqat prosesinin gedişatına nəzarət etmək və təhlillər aparmaq
51. Akademik və inzibati struktur bölmələrinin öz strateji fəaliyyət planlarını hazırlamalarını təmin etmək və icrasını dəstəkləmək
52. Tədris prosesinin təşkili, tədqiqat və innovasiya mühiti ilə bağlı universitetin bütün maraqlı tərəfləri arasında məmnuniyyət sorğuları keçirmək, nəticələrini analiz etmək və tədbirlər paketi hazırlayırlayaraq icrasına nəzarət etmək
53. Monitorinq aparmaq və monitorinq nəticəsində hazırlanmış analitik təhlil hesabatlarını dərc etmək
54. Xarici keyfiyyət təminatı prosedurlarını müəyyən etmək və müxtəlif formatlarda xarici keyfiyyət təminatı prosedurlarında universitetin iştirakının təmin etmək
55. İdarəetmə strukturunun daha da effektiv işləməsi üçün strateji planlamanı tətbiq etmək və əsas prioritetləri müəyyənləşdirmək
56. Səmərəli informasiya mübadiləsini təmin etmək. Elektron təhsil platformaları ilə təhsil prosesini idarə etmək. Virtual təhsil platformalarını təkmilləşdirmək. İnformasiya təhlükəsizliyini təmin etmək.
57. Universitetin infrastrukturunu, laboratoriya, təhsil təminatı və təhsil texnologiyalarını təkmilləşdirmək
58. Universitetin dayanıqlı inkişafını təmin etmək. Kampusda inkluzivliyi dəstəkləmək. Tələbələrin sosial mühiti üçün layihələr hazırlayaraq daha keyfiyyətli təhsil mühitini formalaşdırmaq.
59. Universitet tələbələrinin davamlı inkişafına, nəticəyönümlüyünə hədəflənmiş sosial layihələrin geniş spektrdə reallaşdırılması.
60. Obyektivliyi və aşkarlığı təmin etmək, ictimaiyyətlə ünsiyyəti gücləndirilmək məqsədilə İctimai Şuranın fəaliyyətini gücləndirmək.
61. Universitet tabeliyində olan üç kollec və bir beynəlxalq məktəbin fəaliyyətinin effektivliyini artırmaq, təlim və tədris prosesinin keyfiyyətini təkmilləşdirmək
62. İnsan resursları şöbəsini yaratmaq və işini təkmilləşdirilmək, universitetin insan kapitalı siyasətini formalaşdırmaq
63. Maliyyə daxilolmalarının şaxələndirməsi və çeşidliliyinin artırılmasına nail olmaq.
64. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada müxtəlif əlavə xidmətlər göstərməklə maliyyə axınına nail olmaq.
65. SİP-dən irəli gələn fəaliyyətlərin icrası üçün maliyyə resurslarının səmərəli istifadəsini etmək və bu prosesə nəzarət etmək